İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni mediası Araz dəhlizindən yazdı - FOTOLAR

“Sputnik-Ermənistan” saytı Araz dəhlizi ilə bağlı material dərc edib.

Musavat.com-un məlumatına görə, sayt yazır ki, İran Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etmək üçün yolun öz ərazisindən keçən hissəsini - Araz çayı boyunca yenidən qurur.

Yazı müəllifi yazır ki, Zəngəzur dəhlizi ilə bağlı İrəvana qoyulan tələblərə paralel olaraq, Azərbaycan İran ərazisindən Naxçıvana yeni marşrutla bağlı Tehranla razılığa gəlib: “Bu layihə Azərbaycanda “Araz dəhlizi” adlanır”. Marşrutun necə olacağına gəldikdə, yazıda bildirilir: “Ermənistan sərhədindən bir neçə kilometr aralıda, Ağbənd ərazisində Araz çayı üzərində avtomobil körpüsü tikilir. Bu körpünün tikintisi 2025-ci ilin sonuna qədər başa çatdırılmalıdır.

Daha sonra yol İran ərazisindən Ermənistanla sərhədə paralel (Araz çayı boyunca) keçəcək. Orada artıq yol var, lakin çox güman ki, gözlənilən yük axınına uyğunlaşmaq üçün onun yenidən qurulması -genişləndirilməsi lazımdır. Bunu qeydə aldığımız tikinti işləri də sübut edir. Xüsusilə, çətin hissələrdə tunellərin tikintisini müşahidə etdik”.

“Sputnik Ermənistan” xəbər verir ki, İranda tikinti işləri başa çatdıqdan sonra yolun uzunluğu 60 km-ə qədər olacaq. Marşrutun sonunda isə Ordubad (Naxçıvan) rayonunda Araz üzərində daha bir körpü tikiləcək.

“Qeyd edək ki, İran tərəfi ardıcıl olaraq Türkiyə və Azərbaycanın tələb etdiyi Ermənistandan keçən ekstraterritorial dəhlizin əleyhinə çıxış edir”, yazıda bildirilir.

P.S.Əlavə edək ki, 43 km-lik məsafədə olan Zəngəzur dəhlizi Azərbaycan üçün aktualdır və heç bir başqa dəhliz bu məsələni unutdura bilməz, Ermənistanın və havadarlarının da anlaması lazımdır.

Cavid Turan,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Iyun 2025

10 Iyun 2025

BÜTÜN XƏBƏRLƏR