Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Rusiyada söyüş mədəniyyəti getdikcə daha geniş yayılır.
VTSİOM-un son sorğusuna əsasən, ölkə əhalisinin 71 faizi müəyyən tezliklərlə nalayiq sözlərdən istifadə edir.
Ən diqqətçəkən rəqəm isə odur ki, rusiyalıların 34 faizi hər gün söyüş işlədir. 11 faiz vətəndaş həftədə üç-dörd dəfə, 12 faiz isə bir-iki dəfə kobud ifadələrdən yararlanır.
Müqayisə üçün: 2008-ci ildə gündəlik söyənlərin payı cəmi 20 faiz idi, həmçinin həmin vaxt respondentlərin 23 faizi söyüşdən tamamilə imtina etdiyini bəyan etmişdi.
Sosioloqlar hesab edirlər ki, göstəricilərin bu qədər yüksəlməsi cəmiyyətdə kobud sözlərin artıq “adi ünsiyyət vasitəsi”nə çevrilməsi ilə bağlıdır. Bu isə dil mədəniyyətinə münasibət mövzusunu yenidən gündəmə gətirir.
Musavat.com
03 Oktyabr 2025
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ