Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski sentyabr ayı ərzində Rusiya tərəfindən 6 900-ə yaxın dronun ölkəyə qarşı tətbiq edildiyini açıqlayıb.
Onun sözlərinə görə, bunların 3 600-dən çoxu “Şahed” tipli pilotsuz aparat olub.
Sırski qeyd edib ki, artan hücumların qarşısını almaq üçün Ukrayna xüsusi tədbirlər görür. Bu çərçivədə Hərbi Hava Qüvvələrinin tərkibində Pilotsuz Sistemlər üzrə ayrıca Hava Hücumundan Müdafiə Komandanlığı formalaşdırılır.
Bundan əlavə, dronları zərərsizləşdirən xüsusi qrupların heyəti artırılır, yeni bölmələr yaradılır və mütəxəssislərin hazırlanması genişləndirilir.
Rəsmi Kiyev bildirir ki, bu addımlar Rusiya PUA-larının yaratdığı təhlükəni minimuma endirməyə xidmət edəcək.
Musavat.com
03 Oktyabr 2025
02 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ