İnsanlara hürriyət, millətlərə istiqlal!

O qanun bu gün də Senatda səsverməyə çıxarılacaq

ABŞ Senatı 3 oktyabr cümə və 6 oktyabr bazar ertəsi günü federal hökuməti əlavə maliyyələşdirməyə dair qanun layihələrini yenidən səsə qoyacaq. Musavat.com xəbər verir ki, bunu Respublikaçıların Senat çoxluğunun lideri Con Tun jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu gün maliyyələşdirmə sənədi 4-cü dəfə səsverməyə çıxarılacaq. Əgər nəticə yenə mənfi olarsa, birinci gün yenidən səsvermə olacaq.

Qeyd edək ki, CNN-n yaydığı məlumata görə, Ağ Evin yaxın günlərdə hökumətin qismən bağlanması səbəbindən ştat səviyyələri azalacaq departamentlərin siyahısını açıqlamağa hazırlaşır. Ağ Evin adı açıqlanmayan rəsmisi telekanala bildirib ki, ixtisarlar barədə məlumat yaxın 3 gündə açıqlana bilər. Artıq Ağ Evin İdarəetmə və Büdcə İdarəsinin ixtisarla üzləşən departamentlərin siyahısını tərtib etdiyi qeyd olunur.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp xəbərdarlıq edib ki, bağlanma federal işçilərin və Demokratlar Partiyasının “sevimli layihələrinin” ixtisarına səbəb ola bilər.

Hüquq müdafiəsi təşkilatları isə Ağ Evə şətdaun vaxtı işçilərin ixtisarının qanunazidd olduğuna dair xəbərdarlıq ediblər.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR