İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni hərbçi qızınmaq istəyərkən çadırı yandırdı

Ermənistan ordusunun hərbi qulluqçusu döyüş mövqeyində qurulan çadırı yandırmaqda ittiham edilir.

Bu barədə Ermənistan mətbuatı xəbər verib.

Belə ki, Ermənistan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin hərbi qulluqçusu Mazman Qriqoryan döyüş mövqeyində olan zaman çadırda quraşdırılan sobanın qapağını açıb və yanan sobaya benzin tökməyə başlayıb. Bu zaman sobadan alov püskürüb və çadırda yanğın başlayıb.

İnsidentlə bağlı xəsarət alanlar haqqında məlumat verilməsə də, yanğının Ermənistan dövlətinə xeyli maddi ziyan vurduğu qeyd olunur.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR