İnsanlara hürriyət, millətlərə istiqlal!

“Erməni əsilli vətəndaşlarımız separatçıların girovluğundan azad olunmalıdır” - deputat

Milli Məclisin iclasında çıxış edən deputat Azər Badamov konkret təkliflərlə çıxış etdi. “Sülhməramlıların nəzarəti altındakı ərazilərimizdə yaşayan erməni əsilli vətəndaşlarımız Araik Artunyanın, Ruben Vardanyan və digər separatçıların girovluğundan azad olunmalıdır” -deyə, deputat bildirdi.

Laçın yolunda keçirilən aksiyanı dəstəklədiyini bildirən A.Badamov ermənilər üçün guya humanitar fəlakət yarandığı barədə iddiaların əsassız olduğunu söylədi: “Qarabağda yaşayan dinc əhali Azərbaycan vətəndaşlarıdır və dövlətimiz dəfələrlə onların ehtiyaclarını, kommunikasiyalarını təmin etməyə hazır olduğunu bəyan edib”. A.Badamov qeyd etdi ki, dinc etiraz aksiyasının iştirakçılarının məqsədi Qarabağdakı erməni əsilli Azərbaycan vətəndaşlarımını humanitar problemlərlə üz-üzə qoymaq deyil: “Əksinə, onların humanitar problemlərinin həllinə, təhlükəsizlik və birgə yaşayış təmin olunmasına nail olmaqdan ibarətdir”.

E.Paşasoy,

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR