Onlayn ictimai-siyasi qəzet
“Ermənistan hakimiyyətinin artıq elektoral resursu yoxdur”.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikir siyasi ekspert Vigen Akopyan tərəfindən səslənib.
Akopyanın sözlərinə görə, Nikol Paşinyanın komandasının əsas “kozır”ı seçkilərdə aldığı mandatdır və buna görə də onların bütün hərəkətləri guya xalqın iradəsini tam əks etdirir.
“Ordunun manipulyasiyalarını və seçkilərdə iştirakını bir kənara qoysaq belə, yadda saxlamalıyıq ki, o vaxt ictimaiyyət dərin depressiyaya düşmüşdü və Paşinyan bundan istifadə edərək “nəyin bahasına olursa-olsun sülh” şüarını irəli sürdü” - deyə Akopyan qeyd edib.
Erməni politoloqun rəyinə görə, Paşinyan həmin vaxtdan sonra da eyni prinsiplə hərəkət edib. Üstəlik, müxalifət buna görə ona qarşı təslimçilik və xəyanət ittihamları ilə real sülh konsepsiyası irəli sürməyib. Bu da Nikol Paşinyana sülh haqqında danışmağa davam etmək imkanını qazandırıb. Bunun sayəsində baş nazir əleyhdarlarını revanşizmdə ittiham edir.
Vigen Akopyan hazırda Ermənistan cəmiyyətinin 70 faizə yaxınının heç bir prosesdə iştirak etmək istəmədiyini, insanların bununla reallıqdan qaçmağa çalışdığını vurğulayıb.
Erməni ekspert Ermənistanın xarici siyasətdəki vəziyyətinə də toxunub. Onun fikrincə, mövcud vəziyyətdən çıxmaq üçün Ermənistan ilk növbədə regionda faktiki mövcud olan ölkələr arasında möhkəmlənməli və real müttəfiqlər axtarmalı, Rusiya Federasiyası ilə əlaqələr qurmaqla birbaşa Moskvanın real imkanlarının nədən ibarət olduğunu öyrənməlidir.
“Ermənistan suverenliyin ən aşağı səviyyəsindədir, ölkə xarici nəzarət altına düşüb və müxtəlif mərkəzlərdən idarə olunur”, - deyə Akopyan bildirib.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ