İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: "Müxalifət qələbə qazansa da Ankaranın Qafqaz siyasəti dəyişməyəcək"

“Gələcək prezident seçkilərində müxalifət qalib gəlsə, Türkiyənin xarici siyasəti daha asan şəkildə çözülə biləcək. Çünki rəsmi Ankara Qərbin təsiri altına düşəcək”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu erməni türkoloq Ruben Safrastyan yerli mətbuata müsahibəsində deyib.

Amma onun fikrincə, bu rəsmi Ankranının Cənubi Qafqaz regionundakı siyasətində ciddi dəyişikliyə yol açmayacaq.

Safrastyan Türkiyənin Azərbaycanla münasibətlərdə dəyişiklik yaranacağı ehtimalına da şübhə ilə yanaşıb.

"Hər bir halda Türkiyənin regionda təsiri və türkdilli ölkələrlə əlaqələrla bağlı siyasi elitada (istər iqtidar, istər müxalifət -red.) vahid siyasi xətt hökm sürür", - deyə Safrastyan bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR