İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni ekspert: “Azərbaycanın yeni genişmiqyaslı hücumu fonunda AB-nin "B" planı yoxdur”  


“Avropa Birliyi rəhbərliyinin optimist bəyanatlarına baxmayaraq, reallıqda ilin sonuna qədər Bakı ilə İrəvan arasında hər hansı sənədin imzalanmasını gözləmir”.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu sözləri erməni politoloq Tiqran Qriqoryan yerli mediaya müsahibəsində deyib.

Erməni ekspert yenə də Bakı ilə Xankəndi arasında hansısa beynəlxalq dialoqdan dəm vurub. Lakin bu dialoqun bu cür platformada baş tutmayacağını özü də etiraf edib.

Onun sözlərinə görə, Avropa rəsmilərinin bu beynəlxalq dialoq mexanizmlərinin nə olması barədə dəqiq təsəvvürləri yoxdur. “Görüşdüyümüz hər kəs bunun zəruriliyindən bəhs etdi. Dediklərindən belə anlaşılır ki, Bakı çətin ki, bu cür müdaxiləni qəbul etsin və onların da Azərbaycana bu məsələdə təsir rıçaqları yoxdur”, - deyə Qriqoryan bildirib.

Qriqoryanın bildirdiyinə görə, Aİ rəsmiləri ilə görüşlərin birində Bakının yeni genişmiqyaslı hərbi əməliyyat keçirəcəyi təqdirdə Birliyin reaksiyasının necə olacağı sualı verilib. “Sual verilən məmur bir neçə dəqiqə düşündü, amma cavab vermədi. Yalnız görüşün sonuna yaxın o, bunun AB-nin vasitəçilik missiyasının sonu anlamına gələ biləcəyini söylədi”,-deyə Qriqoryan söyləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR