İnsanlara hürriyət, millətlərə istiqlal!

Erməni diplomat: “Növbəti Münhen daha pis olacaq”

“Ermənistan hakimiyyəti sənədin Azərbaycanın mümkün hücumuna qarşı zəmanət vermədiyini getdikcə daha çox bəyan edir. Bu o deməkdir ki, təqdim edilən sülh gündəminin heç kimə faydası olmayacaq”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın Xarici İşlər Nazirliyinin keçmiş baş katibi Vahan Məlikyan deyib.

O qeyd edib ki, Ermənistan Münhendə baş verənlərlə heç vaxt qarşılaşmayıb: “Əgər ölkə başçısı etiraf edirsə ki, o, faktor deyil, sadəcə alətdir, deməli, bütöv bir xalqı alçaltmaq nədir, onu bilmir. Bu gedişlə növbəti Münhen daha da pis olacaq. Əliyev üçün bundan gözəl hədiyyə yoxdur. Paşinyan Əliyevə heç bir rasional, adekvat cavab vermədi”.

“Ermənistan-Türkiyə prosesləri çərçivəsində gördüklərimiz misilsizdir. Ölkənin düşdüyü vəziyyətin səbəbkarına (Türkiyəyə - red.) bu qədər diqqət göstərilməsi nə deməkdir? Bu, şokedicidir, bütün qırmızı xətlər keçilib. Mən bilmirəm harada belə qərarlar verilir? Türkiyənin mövqeyində heç nəyin dəyişməyəcəyi çox aydın idi. Oradan Qarabağ müharibəsi zamanı dəstəklədikləri Azərbaycana təşəkkür edərək cavab verdilər”, - deyə Vahan Məlikyan bildirib. Onun sözlərinə görə, Qərb Ermənistana bufer, Rusiyanı regiondan sıxışdırmaq üçün vasitə kimi baxır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR