İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğanın səs tonu heç bu qədər sərt olmamışdı - İsveç Türkiyədən asılı vəziyyətdə

Xəbər verdiyimiz kimi, İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra İsveç polisinin Danimarkanın ifrat sağçı Stram Kurs partiyasının lideri Rasmus Paludana Ankaranın Stokholmdakı səfirliyi qarşısında Quran yandırmağa icazə verməsi Türkiyənin sərt reaksiyasına səbəb olub.

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan dünən Nazirlər Kabinetinin iclasından sonra açıqlama verərək bəyan edib ki, İsveç NATO-ya müraciət baxımından Türkiyədən yaxşılıq gözləməsin: "Küçələrdə terror təşkilatlarını gəzdirib, sonra bizdən dəstək gözləyəcəksiniz. NATO ilə bağlı bizdən heç bir dəstək gözləməyin".

Musavat.com xəbər verir ki, İsveçin Aftonbladet qəzetinə danışan ekspertlər prezident Ərdoğanın tonunun daha əvvəl heç bu qədər sərt olmadığına diqqət çəkərək, NATO-ya üzvlük üçün işığın azaldığını vurğulayıblar.

Stokholm Universitetinin Türk Araşdırmaları İnstitutunun rəhbəri Paul Levin deyib ki, Ərdoğanın sözləri ciddi qəbul edilməlidir: "Türkiyə Yeni ildən əvvəl İsveçin kifayət qədər irəliləyiş əldə etmədiyini söyləsə də, yenə də daha yumşaq bir ton var idi. Ərdoğanın çıxışını ciddi qəbul etmək lazımdır".

63cfad6967b0a953eca05453.jpg (92 KB)

Qeyd edək ki, İsveç və Finlandiya uzun müddətdir ki, eyni vaxtda NATO-ya daxil olmaq istəklərini bildirirlər. Son hadisələr Finlandiyada yeni müzakirələrə yol açıb.

Finlandiyanın xarici işlər naziri Pekka Haavisto Yle TV-yə müsahibəsində bildirib ki, İsveçin müraciəti çox gecikərsə, Finlandiya İsveçlə birgə NATO müraciətinə yenidən baxmalı ola bilər.

Haavisto mövqe tutmağın hələ tez olduğunu və bir müddət gözləməyin yaxşı olacağını bildirsə də, Finlandiya mətbuatında yer alan məlumata görə, ölkədəki bir çox partiyalar İsveçsiz davam etməkdə problem görmürlər.

Finlandiyanın “İltalehti” qəzeti yazır ki, Finlandiyanın İsveçdən ayrılması məsələsi daha əvvəl də müzakirə olunub və bu məsələni dəstəkləyən siyasi partiyalar İsveçə verdikləri vədlərdən dönə bilərlər.

Finlandiyalı nazirin bəyanatı İsveçdə böyük əks-səda doğurub. Ölkə mətbuatı Finlandiyanın təkbaşına davam edəcəyini yazır.

İsveç xarici işlər naziri Tobias Billström isə Haavistonun açıqlamasının nə demək olduğunu öyrənmək üçün Finlandiya ilə təmasda olduqlarını bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR