İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğandan SƏRT SÖZLƏR - Türkiyə NATO məsələsində İsveçə dəstək verməyəcək

"Biz qlobal siyasi və iqtisadi nizamın böhranlarla sarsıldığı bir dövr yaşayırıq. Türkiyənin sərt mövqeyini qəbul etmək istəməyənlər də olacaq. Möhkəm iş və xidmət infrastrukturuna, hərbi və texnoloji imkanlara malik Türkiyəni qəbul etməyənlər sona qədər müqavimət göstərəcəklər. Bununla belə, biz müstəqilliyimizi, gələcəyimizi qoruya biləcəyimizi dünyaya sübut etdik".

Musavat.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib.

O bildirib ki, keçmişdə böhranlar içində boğulan Türkiyə indi böhranları fürsətə çevirən bir ölkədir:

"Siyasətimiz keçmişlə müqayisə olunmayacaq bir səviyyəyə çatıb. İqtisadiyyatımız qlobal əməliyyatlara baxmayaraq, dünya tərəfindən təqdir olunan nöqtədədir".

Türkiyə lideri İsveç polisinin Quranı yandırmağa icazə verməsindən də danışıb:

"Şəxsiyyətin hüquq və azadlıqlarının həddi digər fərdin hüquq və azadlıqlarının başladığı nöqtəyə qədərdir. İsveçdəki çirkin hərəkət müsəlmanlara qarşı təhqirdir. Bilirik ki, səlib yürüşlərindən bəri İslam və türk anlayışı eyniləşdirilib. Bu hərəkət əsrlər boyu heç bir irəliləyişin olmadığının göstəricisidir. Müsəlmanların və ya digər dinlərin müqəddəslərini incitməyə heç kəsin haqqı yoxdur".

Ərdoğan bəyan edib ki, İsveç NATO-ya müraciət baxımından Türkiyədən yaxşılıq gözləməsin:

"Küçələrdə terror təşkilatlarını gəzdirib, sonra bizdən dəstək gözləyəcəksiniz. NATO ilə bağlı bizdən heç bir dəstək gözləməyin".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR