İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan Putinlə görüşdə milli valyutalarla ticarətə keçidin vacibliyini bildirib

Türkiyə və Rusiya mərkəzi banklarının rəhbərləri Hafize Qaye Erkan və Elvira Nabiullina qarşıdakı danışıqlarda ikitərəfli ticarət çərçivəsində rus rublu və türk lirəsi ilə hesablaşmaları müzakirə edəcəklər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidə Rusiya Federasiyasının rəhbəri Vladimir Putinlə danışıqlara başlamazdan əvvəl deyib.

Ərdoğan vurğulayıb ki, iki ölkənin mərkəzi banklarının rəhbərlərinin görüşü Türkiyə ilə Rusiya arasında münasibətlər üçün milli valyutalarla ticarət istiqamətində addımlar baxımından çox əhəmiyyətlidir.

Putin və Ərdoğan arasında sentyabrın 4-də Soçidə görüş keçirilir. Danışıqların əvvəlində Rusiya lideri türkiyəli həmkarı ilə Ukraynadakı silahlı münaqişə və onun nizamlanması, həmçinin Qara dəniz taxıl müqaviləsi və Suriyadakı vəziyyəti müzakirə edəcəyini bildirib.

Sentyabrın 5-də Ərdoğan prezident Putinlə Türkiyə hökuməti ilə danışıqların nəticələrini müzakirə edəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR