İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan prezident seçkilərinin keçiriləcəyi tarixi ELAN ETDİ

"Türkiyədə prezident və parlament seçkiləri üçün ən uyğun tarix mayın 14-nü hesab edirəm".

Musavat.com xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada deyib.

"Məlum olduğu kimi,  prezident və parlament seçkilərinin normal vaxtı 18 iyundur. Lakin biz bu tarixi yeniləməyə ehtiyac duyuruq. Çünki bu tarix Qurban bayramı ilə üst-üstə düşür. Biz ölkəmizi mayın 14-də keçiriləcək seçkilərə aparmaq istəyirik. Parlamentimiz bu tarixi beşdə üç səs çoxluğu ilə yeniləsə, məmnun olarıq. Əks halda, mən prezident olaraq qərar qəbul edəcəm" - Türkiyə lideri deyib

Ərdoğan vurğulayıb ki, seçki dövrünü millət üçün yeni fürsətə çevirməyə çalışır:

"Respublikamızın yeni əsrində ölkəmizi dünyanın çiçəklənən ölkələri səviyyəsinə yüksəltməyi qarşımıza məqsəd qoymuşuq".

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR