İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan nazirlərlə İsveçin NATO-ya qəbulunu müzakirə edəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bazar ertəsi, yanvarın 23-də Nazirlər Kabineti ilə Stokholmda Türkiyə əleyhinə hərəkətləri və İsveçin NATO-ya daxil olması prosesini müzakirə edəcək.

Bu barədə “Posta” qəzeti məlumat yayıb. “Son günlər Türkiyəyə qarşı təşkil edilən qalmaqallı etirazlara icazə verən İsveç hökumətinin mövqeyinə qiymət veriləcək. Nazirlər Kabinetinin iclasında İsveçin təxribatlara göz yummasından sonra iki ölkə arasında artan gərginlik, həmçinin İsveçin NATO-ya daxil olması prosesi də müzakirə olunacaq”-, məlumatda deyilir.

Bir gün əvvəl “A Haber” telekanalı hökumətdəki mənbələrə istinadən Türkiyə Nazirlər Kabinetinin Ukrayna münaqişəsinin həlli və seçkiləri müzakirə edəcəyi barədə məlumat yayıb. Nazirlər Türkiyənin İsveçdəki səfirliyi qarşısında Quranın yandırılmasını və diplomatik reaksiyanı da müzakirə edəcəklər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR