Onlayn ictimai-siyasi qəzet
Martın 21-nin Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə Novruz Bayramı Günü kimi qeyd edilməsi təklif olunub.
“Report”un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu təkliflə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında çıxış edib.
Onun sözlərinə görə, rəsmi Ankara Macarıstanın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna (TÜRKSOY) müşahidəçi ölkə kimi qatılmasını təşviq edir:
"Bu gün Macarıstan TDT ilə Avropa ölkələri arasında münasibətlərin inkişafına böyük töhfə verir. Fikrimcə, TDT-nin büdcəsini iki dəfə artırmaq mütləqdir. Eyni zamanda Özbəkistanın da TÜRKSOY-a üzv qəbul edilməsi çox önəmlidir”.
21 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ