İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan "Azərbaycanla Ermənistanın sülh sazişi imzalaması normallaşma üçün mühüm addım olacaq"

"Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsi və sülh sazişinin imzalanması regionun normallaşması üçün mühüm addım olacaq".

“Report” “Haber Global”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Azərbayan və Türkiyənin Cənubi Qafqazdakı ortaq maraqları sülh və sabitliklə bağlıdır: "Uzun illərdən sonra regionda daimi sülhü təmin etmək üçün imkanlar yaranıb. Ermənistandan gözləntimiz bu tarixi fürsəti qiymətləndirməkdir. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması Türkiyə-Ermənistan əlaqələrinə də təsir göstərəcək. Qardaş Azərbaycanla əməkdaşlığımızı “bir millət, iki dövlət” prinsipi ilə davam etdirməkdə israrlıyıq”.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 20-da Azərbaycana işgüzar səfər edib. O, Azərbaycan Prezidenti İlham Əliyev ilə birgə Zəngilan Beynəlxalq Hava Limanının açılışını edib, bir sıra layihələrin təməlini qoyub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR