İnsanlara hürriyət, millətlərə istiqlal!

Ərdoğan: “Avropa İttifaqı Türkiyənin üzvlüyünə qoyduğu siyasi baryerləri dərhal aradan qaldırmalıdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqını Ankaranın üzvlüyü qarşısında duran siyasi maneələri dərhal aradan qaldırmağa çağırıb.

Musavat.com xəbər verir ki, o bildirib ki, Aİ-nin hazırkı vəziyyətində Türkiyə kimi dinamik və nəticəyə fokuslanmış bir üzvə ehtiyacı var.

Ərdoğan bəyan edib:

“Bu məsələ ilə bağlı irəliləyiş məhz indi əldə olunmalıdır. Biz Avropa İttifaqındakı bütün tərəfdaşlarımıza bir daha bəyan edirik ki, tamhüquqlu üzvlük məsələsində mövqeyimiz dəyişməyib və qətidir. Türkiyəyə qarşı qoyulan siyasi baryerlər dərhal ləğv olunmalıdır. Biz Avropa ölkələrindən ədalətli yanaşma ilə əlaqələrin davamını gözləyirik".

Türkiyə Aİ-yə üzvlük danışıqlarına 2005-ci ildə başlayıb, lakin son illərdə proses müxtəlif siyasi səbəblərlə dondurulmuş vəziyyətdədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR