İnsanlara hürriyət, millətlərə istiqlal!

Ən pis 1 aprel zarafatı... - Ukrayna BƏD XƏBƏRİ həmin gün aldı

Aprelin 1-dən Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasına (BMTŞ) sədrlik Rusiyaya keçib.

Musavat.com xəbər verir ki, Kiyevin üzv dövlətlərə “bu addımı dayandırmaq” çağırışı cavabsız qalıb.

15 üzvdən ibarət BMT TŞ-nin hər bir üzvü hər ay şuraya sədrlik edir. Sədrlik növbəsi əlifba sırası ilə müəyyən edilir.

Rusiyanın BMT TŞ-yə sonuncu sədrliyi 2022-ci ilin fevralında Ukraynaya qarşı işğal əməliyyatının başlamasına təsadüf edib.

Ukraynanın xarici işlər naziri Dmitro Kuleba Rusiya sədrliyini “ən pis 1 aprel zarafatı” adlandırıb.

“Bu, beynəlxalq təhlükəsizlik strukturunun fəaliyyətində nəyinsə səhv olduğunun ən bariz göstəricisidir”, - Kuleba bildirib.

Məlumat üçün bildirək ki, Beynəlxalq Cinayət Məhkəməsi (ICC) martın 17-də Rusiya prezidenti Vladimir Putinin həbsinə order verib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR