Onlayn ictimai-siyasi qəzet
Rusiyanın Kursk vilayətinin Rılsk rayonunda hərbi kalonun Ukrayna tərəfindən darmdağın edilməsi Rusiyada böyük müzakirələrə səbəb olub.
Musavat.com xəbər verir ki, Rusiyanın tanınmış hərbi şərhçiləri müharibə başlayandan indiyədək ən faciəli itkinin baş verdiyini deyirlər. Belə ki, məhv edilən 15 maşının hərəsində 35-40 əsgər olduğu, onların böyük əksəriyyətinin öldüyü qeyd edilir.
Bir çox ekspert artıq hərbçilərin döyüşlər gedən ərazinin 1-2 kilometrliyində açıq magistralda toplu halında daşınmasına görə günahkarların tapılmasını tələb edirlər.
Eyni zamanda ehtimal olunur ki, Rusiya hərbi rəhbərliyi Ukraynaya Kurskda Qərbin istehsal etdiyi ortamənzilli silahlardan istifadə olunmasına icazə verilməyəcəyinə arxayın olublar.
Musavat.com
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ