İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin Hacıyev: Regionun lider dövlətinə çevrilmiş Azərbaycan bütün hədəflərinə nail olacaq

Müşahidə edirik ki, bir çox münaqişə ocaqlarının yenidən alovlanır, eləcə də yeni toqquşma və ziddiyyətlər ortaya çıxır və bu fonda həmin konfrantasiyaların daha böyük coğrafiyaya yayılma riski də istisna edilmir. Azərbaycan da müxtəlif maraqların toqquşduğu bölgədə yerləşdiyindən və bu gün ətrafımızda bir çox narahatlıq doğuran hərbi-siyasi proseslər getdiyindən ölkəmiz üçün də təhdidlər yox deyil.

Lokal anti-terror tədbirlərindən sonra başda Fransa olmaqla bir sıra qüvvələr ölkəmizi izolyasiya etmək üçün bütün imkanlarını işə salmışdır. Ancaq Azərbaycan Prezidenti cənab İlham Əliyevin iradəsi, xarici siyasətimizdə çoxvektorluluq bu cəhdləri fiaskoya uğratdı.

1695298685220577708_1200x630.jpg (169 KB)

Bəs bu gün mənzərə nədən ibarətdir?

Azərbaycanın bütün qütblərlə yüksək səviyyəli, bərabərhüquqlu və qarşılıqlı maraqlara söykənən əməkdaşlıq əlaqələri mövcuddur.

Qərbi Avropa ilə əlaqələrə baxsaq, Fransa istisna olmaqla digər ölkələrlə müsbət siyasi dialoq mövcuddur, Azərbaycan Prezidenti təkcə bu il Almaniyada iki dəfə səfərdə olub: fevral ayında  dünyanın təhlükəsizlik məsələlərini nəzərdən keçirən Münxen Təhlükəsizlik Konfransında, apreldə isə dövlətimizin başçısı Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib. Bu tədbirdə dünyanın 40-dan artıq ölkəsindən nümayəndələr məhz ölkəmizin evsahibliyi edəcəyi COP-29-un gündəliyini müzakirə etmək üçün bir araya gəlmişdir.

bc40adea5f169af5a8a6322e48d36bc5.jpg (150 KB)

Eyni zamanda Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq, ələlxüsus da Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfənin yüksələn dinamikası mövcuddur. Bu vaxta qədər Azərbaycan ittifaqın 10 ölkəsi ilə starteji tərəfdaşlığa dair sənədlər imzalayıb. Son olaraq Bolqarıstan və Slovakiya liderlərinin ölkəmizə səfərləri və Bakıda verdiyi açıqlamalar Azərbaycanın bu coğrafiya üçün əhəmiyyətini bir daha vurğulayır.

Eyni yanaşmanı Belarus və Tacikistan Prezidentlərinin ölkəmizə səfərlərində də müşahidə etdik. Eyni sözləri Tacikistanın simasında bütün Mərkəzi Asiya ölkələrinə şamil edə bilərik. Və ya Qoşulmama Hərəkatı üzvü olan ölkələrlə əməkdaşlıq, onların hüquqlarının beynəlxalq platformalarda qorunması və qarşılıqlı dəstək! Bu xronikaya Qazaxıstan prezidentinin, Gürcüstan baş nazirinin, NATO baş katibinin, Konqo və Qırğızıstan prezidentlərinin səfərlərini də əlavə etsək, ümumilikdə iqtisadi əlaqələrin şaxələndirilməsi, nəqliyyat, enerji, o cümlədən bərpaolunan enerji, təhlükəsizlik, siyasi dialoqun dərinləşdirilməsi, regionda inteqrasiya və əməkdaşlıq məsələlərinin məhz Bakıda müzakirə olunduğunu deyə bilərik.

664f30ef585a5664f30ef585a6171646.jpg (121 KB)

Azərbaycan-ABŞ münasibətlərində də diqqətçəkən dəyişikliklər var. İstər ABŞ Prezidenti Co Baydenin Azərbaycan Prezidenti cənab İlham Əliyevə Müstəqillik Günü ilə bağlı təbrik məktubunun mətni, istərsə də Cənab Prezidentin köməkçisinin ABŞ-da keçirdiyi görüşlərin və verilən açıqlamaların xarakteri Vaşinqtonun Azərbaycanı strateji tərəfdaş kimi qəbul etdiyini bir daha nümayiş etdirir.

Digər qütb – Çin və Rusiya ilə əlaqələrdə də yüksələn xətti müşahidə edirik. Hər iki ölkə rəsmilərinin qarşılıqlı səfərləri və verilən açıqlamalar göstərir ki, Moskva və Pekində də Bakının baxışına, mövqeyinə xüsusi əhəmiyyət verilir. Eyni zamanda Çin və Rusiya ilə əməkdaşlıq Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə əlaqələrin dərinləşdirilməsinə, inkişaf etdirilməsi zərurətinə əsaslanır. Azərbaycanın rolu hər iki dəhliz üzrə həlledicidir və bu, təkcə iqtisadi layihə kimi yox, həm də təhlükəsizlik zənciri kimi görünür.

Azərbaycan Prezidentinin bölgədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində ardıcıl səyləri və əldə etdiyi nəticələr ilə region yeni dövrə qədəm qoyur. Əminliklə deyə bilərik ki, regionun lider dövlətinə çevrilmiş Azərbaycan yeni dövrdə də bütün hədəflərinə nail olacaq.

Emin Hacıyev, millət vəkili

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR