İnsanlara hürriyət, millətlərə istiqlal!

Emin “Dream Fest”ə bu qədər pul xərcləyib 

Xalq artisti Emin Ağalarov Bakıda keçirilən "Dream Fest" beynəlxalq musiqi festivalına xərclənən məbləği açıqlayıb.

Bu barədə müğənni "Biz müzakirə etməliyik" adlı yutub layihəsinə müsahibəsində deyib.

"Festivala 8,5 milyon dollar (14,4 milyon manat) xərclənib. Bu, ifrat rəqəm deyil. Bu festival mənim keçirdiyim hər "Jara" festivalı kimi mənfidir. Lakin bu, əla tanıtım vasitəsidir. Federal kanallarda 5 milyon dollar dəyərində reklam almaq əvəzinə, təxminən eyni itki ilə bir möhtəşəm festival keçirə bilərsiniz. Bəlkə daha çox, amma eyni zamanda meqastarların və festivala gələcək insanların sosial şəbəkələrindən çılğın bir geri dönüş əldə edin, yəni, yerli reklam. Mənə elə gəlir ki, bunun daha böyük təsiri var" deyə, Emin bildirib. (Axşam.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR