Onlayn ictimai-siyasi qəzet
“Bu fakt Fransanın gərginliyin qalmasınada maraqlı olduğunu göstərir”
Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin iclasında çıxış edən deputat Elşad Mirbəşir deyib.
O qeyd edib ki, Ermənistan Avropa platformalarının geosiyasi ambissiyalarının alətinə çevrilib və bu, bütövlükdə region üçün çox böyük təhlükə yaradır.
Deputat əlavə edib ki, ermənilər kobud səhvlərindən nəticə çıxarmırsə, bu, onları gələcəkdə cinayət məsuliyyətindən azad etməyəcək: “Ermənistanda “Miatsum” təşkilatının 36-cı ildönümünün keçirilməsi və orada Azərbaycanın sərt şəkildə ittiham olunması buna sübutdur. Eləcə də Münhendə vasitəçilikdən kənarda qalan Fransa etnik ermənilərin Qarabağa qayıtmasının vacibliyini bəyan edib. Hesab olunur ki, Azərbaycanda olan ermənilərin hüquqları, təhlüksəziliyi beynəlxlq hüququqla tənzimlənməlidir. Bu fakt da Fransanın gərginliyin qalmasınada maraqlı olduğunu göstərir. Azərbaycan Avropa və digər platformaların bu kimi qərəzli çıxışlarını həmin qurumların özünə qarşı istifadə etməlidir”.
E.Mirbəşir rəsmi Parisin qərəzli siyasətinə diqqət çəkərək bildirib ki, Fransanın qərəzli davranışı özünə qarşı istifadə olunmalıdır: “Ermənistan Avropa platformalarının geosiyasi ambissiyalarının alətinə çevrilib. Bu, bütövlükdə region üçün çox böyük təhlükə yaradır”.
E.Paşasoy,
Musavat.com
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ