İnsanlara hürriyət, millətlərə istiqlal!

Elmar Məmmədyarov Azərbaycandan çıxışına qadağa qoyulması iddiasına aydınlıq gətirdi

“Mənim Azərbaycandan çıxışıma qadağa qoyulmamışdı. Bu, sadəcə, pandemiya ilə bağlı idi”.

Oxu.Az xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-də yayımlanan “Üzbəüz” verilişində qonaq olarkən Xarici İşlər Nazirliyində korrupsiya ittihamı ilə bağlı vəzifəli şəxslərin həbsi ilə əlaqədar onun ölkədən çıxışına qadağa qoyulmasına dair iddialara cavab verərkən deyib.

O bildirib ki, koronavirus pandemiyasına görə ölkədən çıxmağın bir mənası da yox idi:

“Haraya gedəsən? Getməyə yer də yox idi. Ona görə də mənim sırf o məsələ ilə bağlı ölkədən çıxışıma qadağa qoyulması yalan söhbətdir. Elə şey olmayıb. Amma nöqsanlar var idi. Bunu başa düşürəm. Artıq məhkəmə yolu ilə o işə baxılıb və sübut edilən bütün məsələlər öz həllini tapıb. Həmin şəxslər də indi azadlıqdadırlar”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR