İnsanlara hürriyət, millətlərə istiqlal!

Elm adamları okeanlara status verilməsi ilə bağlı çağırış ediblər - FOTO

Elm adamları okeanlara da heyvanların və insanların sahib olduğu hüquqların verilməsi ilə bağlı çağırış ediblər.  

Bu barədə beynəlxalq alimlər qrupunun dərc olunmuş məqaləsində deyilir.

Tədqiqatçıların fikrincə, okeanların hüquqi statusuna baxılması gələcək nəsillər üçün planetin su ehtiyatlarının və ekosistemin qorunmasına kömək edəcək.

Təşəbbüs müəllifləri qeyd ediblər ki, okeanlar və dənizlər oksigenin əsas mənbəyidir, bəşəriyyəti böyük miqdarda qida və digər resurslarla təmin edir.

Eyni zamanda, okean insan fəaliyyətinə həssasdır. Suyun daimi çirklənməsi bütün növlərin yox olmasına gətirib çıxarır ki, bu da Yerin ekosistemini dəyişir.

“Ekoloji hüquqda status-kvonunu saxlamaq təbiətin qanuni məhvinə bərabərdir. Beynəlxalq hüquq okeanın mövcudluğu, çiçəklənməsi və bərpası üçün təkamül etməlidir. Okeanın sağlamlığı insan sağlamlığıdır”, - deyə alimlər qeyd ediblər.

Bildirilir ki, fəaliyyət göstərdiyi illər ərzində insan təbiətə böyük ziyan vurub. Yerin çirklənməsi fəlakət halına gəlib.

Bundan başqa, amerikalı alimlər müəyyən ediblər ki, “Sakit Okeanda Böyük Zibil Ləkəsi” (Sakit Okeanın şimalında sürüklənən plastik tullantılar) bir çox dəniz heyvanlarının məskəninə çevrilib.

Tədqiqatda o da vurğulanır ki, planetdə iqlim dəyişikliyi ilə əlaqədar okeanlar isinir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

15 Oktyabr 2024

14 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR