Onlayn ictimai-siyasi qəzet
Bu gün Ədalət, Hüquq, Demokratiya Partiyası sədrinin müavini, 90 saylı Ağsu Seçki Dairəsindən deputatlığa namizəd Elçin Mirzəbəyli Ağsu rayonunun Qaraqoyunlu kəndində seçicilərlə görüşüb.
Musavat.com-un xəbərinə görə, Elçin Mirzəbəyli qeyd edib ki, müstəqillik tariximizdə ildə dəfə parlament seçkiləri ilk dəfədir ki, ərazi bütövlüyü, suverenliyi təmin edilmiş Azərbaycanda keçirilir və bunun böyük mənəvi və siyasi əhəmiyyəti var. Bizə tarixi Zəfərimizi bəxş edən insanlara dərin minnətdarlıq hissini dilə gətirən deputatlığa namizəd bildirib ki, qələbədən və suverenliyimizin bərpasından sonra yeni bir şərait yaranıb və ölkə həyatının bütün sahələrində çalışan insanlar öz fəaliyyətlərini böyük Zəfərin ruhuna uyğun şəkildə həyata keçirməlidirlər.
Ağsuda görülən və görülməsi zəruri olan işlərdən söz açan deputatlığa namizəd qarşıda duran bütün problemlərin ardıcıl və sistemli bir şəkildə, təmkinlə, təhlil edilərək həyata keçirilməsinin mümkünlüyünü vurğulayıb.
Deputatlığa namizədin seçki platformasının əsas istiqamətləri barədə ətraflı çıxışından sonra, onun vəkili “Xüsusi təyinatlıların qaziləri, şəhid ailələri və veteranları” İctimai Birliyinin sədri Bəhruz Məmmədzadə Elçin Mirzəbəylinin şəxsi keyfiyyətləri və peşəkar fəaliyyəti haqqında söz açıb.
Görüşün sonunda Elçin Mirzəbətli seçicilərlə fərdi qaydada görüşüb, onların suallarını cavablandırıb.
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ