İnsanlara hürriyət, millətlərə istiqlal!

Ekstradisiya səlahiyyəti Ədliyyə Nazirliyindən alınmayıb – AYDINLIQ

Cinayət törətmiş şəxslərin ekstradisiyası sahəsində səlahiyyətli orqanlar dəyişib.

Bununla bağlı “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun imzalanıb. Qanun Azərbaycanın və xarici ölkələrin müvafiq orqanları arasında hüquqi yardım və ekstradisiya sahəsində qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi məqsədilə hazırlanıb. “Ekstradisiya haqqında” Avropa Konvensiyasına 2012-ci il sentyabrın 20-də Vyana şəhərində imzalanmış Dördüncü Əlavə Protokol (Azərbaycan Respublikasının müvafiq bəyanatları və qeyd-şərtləri ilə) 2022-ci il 11 oktyabr tarixli 599-VIQ nömrəli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilib.

Dördüncü Əlavə Protokolda Konvensiyanın 10-cu (müddətin keçməsi), 12-ci (sorğu və əlavə sənədlər), 14-cü (konkretlik qaydası), 21-ci (tranzit) maddələri yeni redaksiyada verilmiş, 15-ci (üçüncü dövlətə verilmə) maddəyə yeni bənd əlavə edilib, Konvensiyaya kommunikasiya kanalları və vasitələri, habelə dostcasına həlledilmə adlı yeni müddəaların əlavə olunması nəzərdə tutulub.

Bundan başqa, Dördüncü Əlavə Protokolla təsdiq edilmiş bəyanata əsasən, ekstradisiya məsələləri ilə bağlı səlahiyyətli orqanın funksiyalarının yenidən tənzimlənməsi məqsədilə Konvensiyanın 12-ci maddəsinin 1-ci bəndində göstərilən səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Azərbaycan Respublikasının Baş Prokurorluğu nəzərdə tutulub.

prokuror.jpg (107 KB)

Qeyd olunanları nəzərə alaraq, qanunda cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) üzrə səlahiyyətli orqan qismində Azərbaycan Respublikası Baş Prokurorluğunun və müvafiq icra hakimiyyəti orqanı müəyyən edilib.

ekstra.jpg (99 KB)

Bundan başqa, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikası Qanununun 7.1-ci maddəsində müəyyən edilmiş “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyi həyata keçirir. Dəyişikliyə görə, həmin səlahiyyətlərin Azərbaycan Respublikasının səlahiyyətli orqanına və müvafiq icra hakimiyyəti orqanına verilib.

Ekstradisiya (cinayətkarların təhvil verilməsi) - cinayət törədən şəxsin ərazisində olduğu dövlətdən ərazisində cinayətin törədildiyi dövlətə, yaxud da cinayətkarın vətəndaşı olduğu dövlətə verilməsidir. cinayətkarlıqla mübarizədə dövlətlərin beynəlxalq əməkdaşlıq forması. Cinayətdə şübhəli bilinən və ya təqsirləndirilən, eləcə də cinayətdə ittiham olunan həbs edilmiş şəxsin bir dövlətdən başqa bir dövlətə (birincinin müraciətinə əsasən) ötürülməsi. Son dövrlərdə “ekstradisiya” terminini düzgün olmayaraq “deportasiya” termininin yerinə işlədirlər.

“Cinayət törətmiş şəxslərin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu 2001-ci il mayın 15-də qəbul edilmişdir. Qanuna əsasən, aşağıda sadalanan hallarda cinayət törətmiş şəxs başqa dövlətə verilə bilməz: 1. Şəxs onun verilməsi haqqında məsələ həll edildiyi zaman Azərbaycan Respublikası vətəndaşı olduqda 2. Verilməsi haqqında sorğu edilən səxsə Azərbaycan Respublikasının ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada siyasi sığınacaq verildikdə 3. Verilməsi haqqında sorğu edilən səxsin törətdiyi və verilməyə əsas olan əməl Azərbaycan Respublikası tərəfindən siyasi xarakterli cinayət sayıldıqda 4. Verilməyə əsas olan cinayət Azərbaycan Respublikasının ərazisində törədildikdə 5. Şəxsin verilməsinə əsas olan cinayətə görə Azərbaycan Respublikasının ərazisində qanuni qüvvəyə minmiş hökm çıxarıldıqda və s.

hokm.jpg (61 KB)

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən “Yeni Müsavat”a aydınlıq üçün bildiriblər ki, ekstradisiya səlahiyyətlərinin nazirlikdən alınması ilə bağlı təsəvvürlər yanlışdır. Sadəcə olaraq bundan sonra ekstradisiya Baş Prokurorluqla birgə həyata keçiriləcək.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR