İnsanlara hürriyət, millətlərə istiqlal!

"Əksini etmək ikiüzlülük olardı" - Borrel Ukraynadan danışdı

Avropa İttifaqı Ukrayna ətrafında münaqişənin yayılmasına kömək etmir, əksinə onu cilovlamağa çalışır. AzVision.az xəbər verir ki, bu barədə El Mundo qəzetinə müsahibəsində Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel deyib.

“Biz müharibəni təbliğ etmirik, müharibənin yayılmasına töhfə vermirik. Biz çalışırıq ki, onun məkan ölçüsündə olduğu kimi, digər ölkələrə təsir etməsin və daha ölümcül silahlardan istifadə olunmasın. Biz böyük diplomatik səylər göstəririk.

Müharibəni mümkün qədər tez bitirməyə çalışmalıyıq, lakin onun necə bitəcəyi bizim üçün vacibdir. Və bu, həmişə danışıqlarda yekunlaşacaq. Biz Ukraynaya hərbi yardım edirik. Əgər Avropa liderləri desələr ki, Ukrayna Avropa dəyərlərini qoruyur və onlar bizi qoruyan müharibə aparırlar, əksini etmək ikiüzlülük olardı", - deyə Aİ diplomatiyasının rəhbəri bildirib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR