Onlayn ictimai-siyasi qəzet
Suriya ordusu Rusiya hərbi hava bazası yaxınlığındakı qiyamçıların önünü kəsmək üçün əks-hücuma başlayıb.
Bu barədə dövlət mediası məlumat yayıb.
Əks-hücum son bir neçə gündə "Həyat Təhrir əş-Şam"ın (HTŞ) rəhbərlik etdiyi silahlı qruplaşmaların ildırımsürətli irəliləyişindən sonra başlanıb. Ölkənin ərazicə ən böyük şəhəri - Hələbi, 14 mərkəzi qəsəbə və şəhəri ələ keçirən silahlıları Hmeymim hərbi hava bazasından 35 km ayırır. Rusiyadan dəstək istəyən Bəşər Əsəd 2015-ci ildə Hmeymimi rusiyalılara təslim edib.
Üsyançıların dekabrın 4-də Suriyanın dördüncü ən böyük şəhərindən - hökumətin nəzarətindəki Həmadan təxminən 20 kilometr geri çəkildiyi bildirilib. Onların özü cəmi 10 km geri çəkildiklərini deyir.
Dəməşqin müdafiəsində əsas rol oynayan Həma sahilyanı Tartus və Latakiya şəhərlərinin qapısıdır. Tartusda Rusiyanın strateji hərbi dəniz bazası yerləşir.
HTŞ-dan başqa qiyamçılar arasında Türkiyənin dəstəklədiyi və fərqli silahlı qruplaşmlardan ibarət "Suriya Milli Ordusu" da var.
BMT-nin Suriya üzrə xüsusi elçisi Heyr Pedersen dekabrın 3-də bildirib ki, döyüşlər nəticəsində on minlərlə dinc sakin didərgin düşüb.
(AzadlıqRadiosu)
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ