İnsanlara hürriyət, millətlərə istiqlal!

“Əhməd hər an qaça bilər...” - Psixiatrdan ŞOK açıqlama

Xəbər verdiyimiz kimi, dünən ailəsinin 5 üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı baş tutan məhkəmədə yekun qərar verilib. Məhkəmənin qərarı ilə Əhməd Əhmədov ömürlük ruhi xəstəxanada təkadamlıq kamerada qalacaq. Məhkəmə heyəti onun psixi pozuntusunu nəzərə alaraq, həbsxanaya göndərməyib və birbaşa müalicə müəssisəsində məcburi müalicəsi haqda qərar çıxarıb.

Maraqlıdır, Əhmədin bundan sonra sosial təhlükəsi nə dərəcədə olacaq? Ona nəzarət hansı səviyyədə təşkil edilməlidir? Bu cür xəstələrin müalicəsi varmı?

ABDULLA.jpeg (90 KB)

Mövzu ilə bağlı Musavat.com-a danışan həkim-psixiatr, kriminoloq Abdulla Şıxlinski deyib ki, xəstənin sosial təhlükəliliyi həddindən artıq çoxdursa, o, ömrünün axırına kimi müalicə almalıdır:

“Hansı ruhi xəstəlikdən əziyyət çəkməsindən asılı olmayaraq, sosial təhlükəsi böyükdürsə, güclü dərmanlarla intensiv müalicə getməlidir. Belə şəxslər ciddi nəzarət altında olmalıdırlar. Müalicə əsasında sosial təhlükəsi aşağı enə bilər. Əhməd şizofreniyadan əziyyət çəkir. Bu da sağalan xəstəlik deyil. O, ömürlük psixiatrik xəstəxanada qalacaq. Onun müalicəsi fasiləsiz olaraq davam etməlidir. Şizofreniyalı xəstələr sağalmırlar. Onlar həmişə sosial təhlükəli olurlar. Bu təhlükə azalıb artır. Ona görə də daim dərmanın təsirində qalmalıdırlar.

Adətən ruhi xəstələr saxlanıldıqları şəraitdən asılı olaraq uzunömürlü olurlar. Bunu şəxsi təcrübəmdən bilirəm. Mən 17 il Rusiyada məcburi müalicə alan ruhi xəstələrin müalicəsi ilə məşğul olmuşam. Orada Əhməddən də təhlükəli xəstələrlə qarşılaşmışam. Onların müalicəsini aparmışam, bir həkim kimi kurasiya etmişəm. Bir xəstəm var idi. O, hamilə qadını zorlayıb, sonra öldürmüşdü. Öldürəndən sonra qarnını yarıb sulfat turşusunu onun qarnının içinə tökmüşdü ki, bətndəki döl də orada yanıb məhv olsun. Öz doğma anasını zorlayıb, sonra da tikə-tikə doğrayan xəstəm olub. İstənilən ruhi xəstə sosial təhlükəli ola bilər.

Onu da qeyd edim ki, bəzən sağlam adam elə təhlükəli ola bilər ki, heç xəstə onun etdiyini edə bilməz. Bir çox hallarda bunu görmüşəm. Ekspertiza edirlər, sağlam adamdır, ancaq dəhşətli cinayət törədib. Sağlamlıq bioloji, tibbi kriteriyadır, sosial təhlükəlilik isə ayrı kriteriyadır. Şəxsiyyət pozğunluğunu heç psixiatriyada xəstəlik kimi qəbul etmirlər. Lakin onlar bəzən elə təhlükəli olurlar ki, onların təhlükəliliyi şizofrenlərdən 15 qat çox olur. Əsas olan müalicə alan xəstələrin mühafizəsidir. Ciddi nəzarətdə saxlamaq lazımdır ki, qaçıb cəmiyyətin içinə girməsinlər. Onlar bayıra çıxanda çox ağır cinayətlər törədirlər.

Əhməd məcburi müalicədədir. Onun mühafizəsi yaxşı təmin olunmalı və müalicəsi güclü aparılmalıdır ki, bu adam oradan qaça bilməsin. Bu cür xəstələrdə həmişə xəstəxananı özbaşına tərk etmək cəhdləri olur”.

Şahanə Rəhimli
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR