İnsanlara hürriyət, millətlərə istiqlal!

Əhməd Əl-Şaraa dərhal atəşkəs elan etdi: Bütün ölkə boyu...

Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa Əs-Suveyda əyalətində dərhal atəşkəs elan edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onun bəyanatını mətbuat xidməti yayıb: "Ölkənin düşdüyü çətin vəziyyəti nəzərə alaraq, suriyalıların həyatını xilas etmək, Suriyanın ərazi bütövlüyünü və xalqının təhlükəsizliyini qorumaq, milli maraqları və humanitar mülahizələri rəhbər tutaraq, Suriya Ərəb Respublikasının Prezidenti dərhal və hərtərəfli atəşkəs elan edir".

Əl-Şaraa bütün tərəfləri atəşkəsə əməl etməyə, “bütün ərazilərdə bütün hərbi əməliyyatları dayandırmağa, mülki əhalinin müdafiəsini və humanitar yardımın maneəsiz çatdırılmasını təmin etməyə” çağırıb: "Bununla əlaqədar olaraq, təhlükəsizlik qüvvələri atəşkəs rejiminə riayət olunmasını təmin etmək, ictimai asayişi qorumaq, vətəndaşların və onların əmlakının təhlükəsizliyini təmin etmək məqsədilə bir sıra ərazilərə gəlib".

Suriya rəsmiləri həmçinin atəşkəsi pozmaq cəhdlərinə qarşı xəbərdarlıq edib.

Bundan əvvəl ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barak İsrailin baş naziri Binyamin Netanyahu və əl-Şaraa arasında Vaşinqtonun dəstəyi ilə atəşkəs rejiminin tətbiqi barədə razılığa gəldiyini bildirmişdi.

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR