İnsanlara hürriyət, millətlərə istiqlal!

Əfqan nazir Pakistana uçmaq istərkən Kabil aeroportu raketlə vurulub

“Taliban” hökumətinin xarici işlər naziri Əmir Xan Müttəki Pakistana yola düşərkən Kabil hava limanı raket atəşinə tutulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Əfqanıstanın “Haşt-e Subh” qəzeti məlumat yayıb.

Bildirilib ki, hava limanının ən azı üç əməkdaşı və bir neçə şəxs yaralanıb. Nazirin özü isə xəsarət almayıb. Ümumilikdə, naməlum şəxslər tərəfindən hava limanının VIP zalına və sərnişin terminalına 3 raket atılıb.

Əfqanıstan milli televiziyasının məlumatına görə, Müttəki İslamabada gəlib və burada Pakistan və Çinin xarici işlər nazirləri ilə ticarət-iqtisadi əməkdaşlıq, eləcə də regional təhlükəsizlik sahəsində görüşlər keçirəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR