İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünyada İLK DƏFƏ - Siqaret tamamən qadağan olundu

Yeni Zelandiyada gələcək nəsillər üçün siqaret çəkmək qadağan edilib.

Musavat.com xəbər verir ki, hökumətin qəbul etdiyi qərara əsasən, 2008-ci ildən sonra doğulanlara siqaret satışı ömürlük qadağan olunur.

Yaşı 14 və ondan aşağı olan şəxslərin qanuni olaraq siqaret almasının qarşısının alınması ilə bağlı qərar 2023-cü ildə qüvvəyə minəcək.

Yeni Zelandiya Səhiyyə nazirinin müavini Ayesha Verrall qanunun qəbulu ilə minlərlə insanın daha uzun və daha sağlam yaşayacağını vurğulayıb:

"Səhiyyə sistemi 5 milyard dollar irəlidə olacaq, çünki siqaretin səbəb olduğu bir çox xərçəng növlərinin müalicəsinə ehtiyac qalmayacaq”.

Bu addım səhiyyə mütəxəssisləri tərəfindən müsbət qarşılanıb.

Araşdırmaya görə, 2010-cu ildə Yeni Zelandiyada siqaret çəkənlərin sayı əhalinin 18 faizini təşkil edib. Bu göstərici 2018-ci ildə 11,6 faizə qədər azalıb.

Nazirliyin daha əvvəlki açıqlamasında yeni plan çərçivəsində tütün məmulatlarında nikotin nisbətinin də aşağı salınacağı bildirilmişdi.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR