İnsanlara hürriyət, millətlərə istiqlal!

Dünya liderlərindən Zelenskiyə ŞOK tələb - Qabil Hüseynli ilə CANLI

Kiyevə gələn Almaniya kansleri Olaf Şolts, Fransa prezidenti Emmanuel Makron və İtaliyanın baş naziri Mario Draqi Ukrayna lideri Volodimir Zelenski ilə bağlı qapılar arxasında keçirdikləri görüş zamanı bəzi gizli tələblər irəli sürüblər. Bu barədə Almaniyanın “Die Welt” qəzeti yazıb.
“Kiyevə gələn Şolts, Makron və Draqi Ukraynaya Avropa Birliyi üzvlüyünə namizəd statusunun verilməsinin lehinə olduqlarını bildiriblər. Amma bu dəstək müqabilində Avropa liderləri Zelenskini Rusiya ilə dialoqu bərpa etməyə və onun prezident Vladimir Putinlə danışıqları təşkil etməyə çağırıblar”,- deyə qəzet qeyd edib.

Bu arada Rusiya Ukrayna ilə kəsilən dialoqun təfərrüatlarını da açıqlayıb. Kiyevlə danışıqlarda Moskva nümayəndə heyətinin rəhbəri Vladimir Medinski bildirib ki, Ukrayna Pentaqon və ABŞ Dövlət Departamenti rəhbərlərinin paytaxta səfərindən sonra görüşləri dayandırıb.
Ukrayna Hərbi Dəniz Qüvvələri İlan adasında (Zmeinıy) Rusiya Qara Dəniz Donanmasına məxsus “Vasili Bex” qoşqu gəmisini məhv edib.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Dəniz Donanmasının feysbuk səhifəsində məlumat yayılıb. Bildirilib ki, gəminin göyərtəsində “TOR” zenit-raket kompleksi olub.

Odessa vilayəti hərbi komandanlığının başçısı Maksim Marçenko Rusiya gəmisinin Britaniya istehsalı olan “Harpoon” gəmi əleyhinə raketi ilə vurulduğunu açıqlayıb. Məlumata görə, bu gəmi qoşqusunun su tutumu 1 605 tondur. Rusiyanın Həştərxan şəhər gəmiqayırma zavodunda tikilib. Onu Qara Dəniz Donanmasına 2017-ci ildə daxil ediblər. Qeyd edək ki, Ukrayna Silahlı Qüvvələri bu ilin aprelində “Neptun” raketi İlan adası yaxınlığında Rusiyanın “Moskva” kreyserini vuraraq batırıb.

TVMusavat-ın canlı efirində professor Qabil Hüseynli ilə liderlərin Kiyev səfərini müzakirə edirik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TV

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR