İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət satınalmalarına dair 25 saxta sənəd aşkarlandı – Baş Prokurorluğa müraciət edildi

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti təhsil müəssisələrindəki satınalma saxtakarlıqları ilə bağlı Baş Prokurorluğa müraciət edib.

Musavat.com Xidmətə istinadən məlumat verir ki, Təhsil Nazirliyinin təqdim etdiyi sənədlər əsasında nazirliyin tabeliyində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində dövlət satınalmaları sənədlərinin saxtalaşdırılması aşkarlanıb.

Xidmət bildirir ki, Təhsil Nazirliyi tərəfindən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti adından hazırlanmış və Təhsil Nazirliyinin tabeliyində olan qurumları üçün satınalmanın bir mənbədən satınalma metodunu tətbiq etməklə həyata keçirilməsini, həmçinin müsabiqələr nəticəsində müqavilələrin bağlanılmasını nəzərdə tutan iyirmi beşdən çox saxta məktub Dövlət Xidmətinə təqdim edilib: “Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələri tərəfindən saxta sənədlərin hazırlanması əməllərində cinayət tərkibi əlamətlərinin olduğunu nəzərə alaraq Dövlət Xidməti məsələnin araşdırılması və hüquqi qiymətin verilməsi məqsədilə Baş Prokurorluğa müraciət edib”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR