İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Dumasının keçmiş deputatı ölkəsində terrorçu elan edildi

 

Ukraynada yaşayan və Rusiya hakimiyyətinə qarşı çıxan Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov Rusiyada “terrorçu və ekstremistlər” siyahısına daxil edilib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, keçmiş deputatın adının qarşısında ulduz işarəsi qoyulub. Bu o deməkdir ki, Ponomaryova münasibətdə onun terrorda əli olduğu iddia edilir.

Rusiyanın Ukraynaya təcavüzündən sonra Ponomaryovun Ukraynada ərazi müdafiəsinə qoşulduğu və silahlı mübarizəyə daxil olmaqla Rusiya hakimiyyətinə qarşı savaşa çağırdığı ilə bağlı məlumatlar yayılıb.

Ötən ilin avqustun sonunda Moskva məhkəməsi “Azad Rusiya Forumu”nun YouTube kanalında Rusiya ordusu ilə bağlı “feyk informasiyalar” yayması ittihamı əsasında Ponomaryovu qiyabi həbs edib. Bu iş çərçivəsində dekabrda polis Rusiyanın yeddi şəhərində axtarışlar aparıb.

Oktyabr ayında Ponomaryov axtarışa verilib və o, Rusiyada xarici agent kimi tanınıb.

İlya Ponomaryov 2007-ci ildə "Ədalətli Rusiya" partiyasından Dövlət Dumasının deputatı olub. 2014-cü ilin martında o, Krımın ilhaqının əleyhinə səs verən yeganə deputat olub. Bundan sonra müxalif siyasətçi Rusiyanı tərk edib, 2016-cı ildə deputat toxunulmazlığından məhrum olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR