İnsanlara hürriyət, millətlərə istiqlal!

Dövlət Dumasının deputatından skandal- Uşaqlara rus raketləri vəd etdi

Rusiya Dövlət Dumasının "Ədalətli Rusiya - Həqiqət naminə" fraksiyasından olan deputatı Oleq Nilov uşaqlar üçün "Arzu ağacı" adlı xeyriyyə aksiyası zamanı skandal hərəkətə yol verib.

Musavat.com xəbər verir ki, rusiyalı radikal siyasətçi burada "Kiyevli uşaq Vova"ya rus raketləri şəklində “hədiyyə” vəd edib. Müvafiq video onlarla media və teleqram kanalı tərəfindən yayımlanıb.

“Arzu ağacı” deyilən tədbir Dövlət Dumasının artıq ənənə halını almış Yeni il aksiyasıdır. Bu aksiya zamanı əlil, imkansız ailələrin uşaqları, eləcə də kimsəsiz azyaşlılar açıqcalara yazılmış yeni il arzularını göndərir, deputatlar onları oxuyub, yerinə yetirirlər. Bu il həmin tədbirdə səfərbər olan rusların uşaqları və Rusiya qoşunları tərəfindən işğal olunmuş Ukrayna ərazilərində yaşayan ukraynalı balacalar tərəfindən də arzu kartları yazılıb.

Deputat Oleq Nilov yolkanın üstündən açıqcalardan birini götürərək bunu oxuyub: "Kiyevli uşaq Vova raketlər xəyal edir. Vova, sən raketlər alacaqsan, gözlə".

Daha sonra Oleq Nilov  bunun “bir zarafat” olduğunu deyib...

Lakin onun arxasında duran Dövlət Dumasının Gənclər Siyasəti Komitəsinin sədri Artyom Metelevin xəcalətdən əli ilə üzünü tutduğu görünüb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR