İnsanlara hürriyət, millətlərə istiqlal!

Donald Tramp İlon Maska müsahibə verəcək

Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp bazar ertəsi günü İlon Maska müsahibə verəcək.

Musacat.com CNN-ə istinadən xəbər verir ki, Donald Tramp bu barədə özünün sosial media hesabında yazıb.

“Bazar ertəsi axşam mənim İlon Maskla böyük müsahibəm olacaq”, – deyə o bildirib. ABŞ-ın sabiq dövlət başçısı ilə İlon Mask arasında söhbətin formatı və mövzuları barədə hələlik məlumat verilmir.

Donald Tramp, həmçinin ötən bazar ertəsi günü Edin Rossa verdiyi müsahibə sayəsində “Kick” yayım platformasının izlənmə sayında rekord göstəricinin qeydə alındığını bildirib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Sentyabr 2024

21 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR