Onlayn ictimai-siyasi qəzet
Dekabrın 12-13-də keçirilən iki günlük iclasdan sonra ABŞ Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini dəyişməyərək illik 5,25-5,5 faiz səviyyəsində saxlayıb.
Bu barədə FED-in saytında yerləşdirilən məlumatında deyilir.
Beləliklə, uçot dərəcəsi 2023-cü ilin iyul ayından bu səviyyədə qalıb.
Qeyd edək ki, FED-in bu il son iclasında uçot dərəcəsinin 5,25-5,5 faiz səviyyəsində saxlanılması gözlənilirdi. Treyderlər göstəricinin 25 faiz bəndi artırılaraq 5,5-5,7,5 faizə çatma ehtimalını cəmi 1,8 faiz qiymətləndirmişdilər.
Hazırda əsas müzakirələr tənzimləyicinin dərəcəni indiki diapazonda nə qədər saxlayacağı və gələn il neçə dəfə azaldılması ətrafında aparılır. Reutersin sorğusunda iştirak edən 102 iqtisadçıdan 52-si uçot dərəcəsinin ən azı 2024-cü ilin iyuluna qədər azalmayacağına inanır. Respondentlərin demək olar ki, dörddə üçü (102 nəfərdən 72-si) bütün gələn il ərzində faiz dərəcəsinin 100 faiz bəndi azalaraq 4,25-4,5 faizə endiriləcəyini gözləyir. Eyni zamanda, ekspertlər ilin birinci yarısında sentyabr sorğusu ilə müqayisədə daha az faiz endirimi gözləməyə başlayıblar.
Dekabrın əvvəlində iqtisadçılardan fərqli olaraq treyderlər daha optimist idilər. Lakin keçən həftənin sonunda gözləniləndən daha güclü əmək bazarı məlumatları gələcək monetar yumşalma ilə bağlı gözləntiləri bir qədər soyudub. Belə ki, noyabr ayında iş yerlərinin sayı gözlənilən 180 min əvəzinə 199 min artıb, işsizlik səviyyəsi isə 3,9 faizdən 3,7 faizə düşüb.
Bu həftə noyabr ayındakı inflyasiya göstəricisi də açıqlanıb. Məlum olub ki, istehlak qiymətləri indeksi oktyabr ayı ilə müqayisədə 0,1 faiz artıb. Ötən ay inflyasiyanın dəyişməz qalmasına baxmayaraq, baza inflyasiyası bir ay əvvəlki 0,2 faizə qarşı 0,3 faiz təşkil edib. Bu, həm də bazarda optimizmi azaldıb – treyderlər indi ən çox ehtimal olunan ssenari olaraq martda deyil, may ayında faiz endirimini gözləyirlər.
FED-in növbəti iclası 30-31 yanvar 2024-cü il tarixlərində baş tutacaq. Bazar tənzimləyicinin məzənnəni yenidən cari səviyyədə saxlayacağını 92,2 faiz ehtimalla gözləyir. 25 faiz bəndi artım ehtimalı 1,7 faiz, 25 faiz bəndi azalma ehtimalı isə 6,1 faiz qiymətləndirilir.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ