İnsanlara hürriyət, millətlərə istiqlal!

DİQQƏT! Sabah bu rayonlarda qaz olmayacaq

“Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” I xətt magistral qaz kəmərində aşkar olunmuş güclü qaz sızmasının ləğvi ilə əlaqədar, 18.10.2022-ci il tarixdə saat 10:00-dan etibarən təmir işləri başa çatanadək “Yastı Meşə” ölçü qovşağından, “Sarıtəpə”, “Morul”, “Zəhmət” QTM-lərdən, “Çənlibel”, “Gədəbəy”, “Zəyəm”, “Alakol”, “Qovlar”, “Dondarquşçu” QPS-lərdən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təmir işləri görülən müddətdə Gədəbəy rayonunun tam olaraq, Şəmkir və Tovuz rayonlarının isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR