İnsanlara hürriyət, millətlərə istiqlal!

DİM üçün gələn il 800 nəfərlik iş yeri olan bina hazır olacaq

"Dövlət İmtahan Mərkəzi üçün gələn il 800 nəfərlik iş yeri olan bina hazır olacaq. Hazırda tikinti işləri gedir".

APA xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Onun sözlərinə görə, bu mərkəz 1000-1500 nəfərin kompüterlə imtahan verməsinə imkan verəcək:

"Gələcəkdə regionlarda da belə mərkəzlər yaradılsa, imtahanların kağız formatdan komputerə keçirilməsindən danışmaq olar".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR