İnsanlara hürriyət, millətlərə istiqlal!

“Dığ təxribatına ermənilər öncədən hazırlaşıb”-Polkovnik açıqladı  

 

“Bütün addımlar zərurətdən yaranır. Ermənilər mühəndis istehkam işləri aparırlarsa, deməli nəyəsə hazırlaşırlar. Hərbçilərimiz bunun qarşısını almağa çalışıblar”.

Bu fikirləri hərbi ekspert, polkovnik Şair Ramaldanov Musavat.com-a 11 aprel tarixində baş vermiş təxribatı şərh edərkən bildirdi. Ekspert qazıntı aparılması ilə bağlı məsələyə bu cür aydınlıq gətirdi: “Birincisi, sərhəd şərtidir. İkincisi, iki il yarım öncə Azərbaycan qələbə qazandığı dövrdən hər iki tərəfdə bəlli olan mövqelər var. Əgər yeni mövqelər hazırlanırsa, demək ki, yeni məqsədlər var.

Bu məqsədlərin həyata keçməməsi üçün Azərbaycan hərbçiləri qabaqlayıcı tədbir görməyə çalışaraq sivil formada tələblərimizi çatdırdılar. Burada doğru olmayan heç nə yoxdur. Atəşi erməni tərəfi açdı. Bəlkə də onlar qazıntı apararkən hərbçilərimizin etiraz edəcəyini gözləyir və təxribata hazırlaşırdılar. Ərazidə yüksək rütbəli hərbçilərin olması da bundan xəbər verir. Ərazidəki mövqelər üçün əsgərlərin çox olması da diqqətçəkicidir. Azərbaycan ordusu sadəcə bunun qarşısını aldı”.

Hərbi ekspertin fikrincə, komandanlıq yaranmış vəziyyətə görə qərar qəbul edir. Polkovnik hesab edir ki, şərait və vəziyyət bunu tələb etdiyi üçün əraziyə silahlı şəkildə  daxil olunub: “Hər bir halda Azərbaycan hərbçilərinin danışıq üçün təşəbbüs göstərdiyi bəllidir. Hətta silahsız getsə idilər belə, postlardan müşahidə aparılır. Hərbçilərimizin təhlükəsizliyini təmin etmək üçün əlavə tədbirlər görülmüşdü”.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR