Onlayn ictimai-siyasi qəzet
Ermənistan parlamentinin "Hayastan" fraksiyasından olan 36 yaşlı deputatı Mqer Saakyanın ölümü ilə bağlı cinayət işi açılıb.
Bu barədə İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Cinayət işi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması maddəsi ilə (Ermənistan Cinayət Məcəlləsinin 342-ci maddəsinin 2-ci bəndi) açılıb.
"Hazırda qəzanın ilkin versiyası yoxdur", - qurumdan bildirilib.
Qeyd edək ki, ötən gün deputat Mqer Saakyan yol-nəqliyyat hadisəsində həlak olub. İlkin məlumata görə, onun idarə etdiyi “Honda Accord” markalı avtomobili yoldan çıxaraq xəndəyə aşıb.//Report
15 Yanvar 2025
14 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ