İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli XƏBƏRDARLIQ! Dünyanın sonu gəlir - Dəqiq TARİX AÇIQLANDI

Dünyanın sonunun necə olacağı və ya mümkün qiyamət ssenariləri çox vaxt mətbuatın gündəmini zəbt edir. Elm dünyası isə bu mövzuda diqqətçəkən bir nəticəyə gəlib.

Musavat.com xəbər verir ki, əldə edilən məlumata görə, Yerdən 12 min işıq ili uzaqda olan bir planeti udan ulduz Yeri də udacaq.

Ancaq bu proses təxminən 5 milyard ildən sonra baş verəcək, ulduz Yerdən əvvəl Merkuri və Veneranı udacaq.

Alimlər əvvəllər ulduzları və bütün planetləri məhv etməyə meylli bir ulduz gördüklərini düşünürdülər, lakin indiyə qədər heç bir aydın sübut yox idi.

Mütəxəssislərin fikrincə, ulduz 10 gün ərzində 100 dəfədən çox parlaq olub. Həmçinin, bu parıltının ardınca soyuq və uzun bir siqnal gəlib. Mütəxəssislərin fikrincə, bu görüntünün yaranmasının yeganə səbəbi bir ulduzun hansısa planeti udmasıdır. Çünki yalnız ulduz öz atmosferinə bir cismi çəkərkən belə yüksək parıltı yarana bilər.

Astrofizika və Kosmos Tədqiqatları İnstitutunun əməkdaşı Kişalay De "udmanın son mərhələsini" gördüklərini deyib.

"Bu, dəhşətli mənzərə olmasa da, Yerin taleyi haqqında üzücü bir mənzərə yaradır" - İngilis mətbuatı yazıb.

Eyni taleyi Yer kürəsi də yaşasa, ulduz Günəş Sistemindəki bütün daxili planetləri udacaq.

Planet yeyən ulduz ilk dəfə 2020-ci ildə kəşf edilib. Harvard Universiteti və Celtech-dən olan tədqiqatçılara bu kəşfi dərk etmələri üçün 12 ay lazım olub.

Musavat.com 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR