Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyası artıq 5 gündür davam edir.

Musavat.com xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Etiraz aksiyası keçirən azərbaycanlı aktivist və QHT nümayəndələri axşam ərazidə quraşdırılan çadırlarda gecələyiblər.

Aksiya yerində aktivistlərin təhlükəsizliyini qoruyan Daxili Qoşunların Xüsusi Təyinatlıları əraziyə gələrək, bir-birlərini əvəzləyiblər.

Görüntüləri təqdim edirik: