İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir SKANDAL - İsveçli nazir Quranı yandıranı BELƏ MÜDAFİƏ ETDİ

Xəbər verdiyimiz kimi, İsveçdə terror təşkilatı PKK/YPG tərəfdarları paytaxt Stokholmda bələdiyyə binası qarşısında Türkiyə prezidenti Tayyib Ərdoğana bənzədilmiş manekeni ayaqlarından asıblar. Görüntülər Türkiyədə və dünyada böyük reaksiyalara səbəb olub. Bundan sonra isə İsveç polisi Türkiyə səfirliyi qarşısında "Quran"ın yandırılacağı aksiyaya icazə verib. Hadisədən sonra İsveçin Ankaradakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Musavat.com xəbər verir ki, İsveçin xarici işlər naziri Tobias Billström qalmaqallı açıqlama verib.

Billström İsveç qanunvericiliyinin müqəddəs kitabların yandırılması kimi təxribatları qanuniləşdirdiyini iddia edib.

İsveçli nazir "Bu ifadə azadlığıdır, yoxsa siz sadəcə olaraq kiməsə nifrət cinayəti törətməsinə icazə verirsiniz?" sualına belə cavab verib: “Hökumət olaraq biz çox açıq şəkildə bildirdik ki, İsveçdə ifadə azadlığı var və biz bu hərəkətin günahkarlarının tərəfində deyilik”.

Billström deyib ki, İsveç qanunlarına görə, ifadə azadlığı bu tip hərəkətləri qanuni edir.

Qeyd edək ki, Avropa İttifaqı Komissiyasının sözçülərindən Yohannes Bahrke İsveçdə Qurani-Kərimin yandırılmasını təxribat xarakterli hərəkət kimi dəyərləndirib.

Bahrke bildirib ki, İsveç səlahiyyətliləri tədbir görməlidir: “Əvvəllər də dəfələrlə dediyimiz kimi, irqçilik, ksenofobiya, irqi və dini nifrətin Aİ-də yeri yoxdur. Bu, İsveç səlahiyyətlilərinin diqqət etməli və tədbir görməli olduğu bir şeydir".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR