İnsanlara hürriyət, millətlərə istiqlal!

"COVID-19 virusu Çindəki labaratoriyadan sızıb" - FTB direktorundan ŞOK AÇIQLAMA

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey COVID-19 pandemiyasının virusun Vuhandakı laboratoriyadan sızması nəticəsində baş verdiyini deyib.

Musavat.com "Yeni Şafak"a istinadən xəbər verir ki, FTB direktoru virusun mənşəyinə dair araşdırmaların onun Vuhandakı laboratoriyadan qaynaqlandığını göstərdiyini deyib.

Onun sözlərinə görə FTB-nin dəyərləndirmələri bir müddətdir ki, pandemiyanın mənşəyinin böyük ehtimal Vuhandakı laboratoriya insidenti olduğunu göstərir.

Bundan başqa, FTB direktoru Çini qlobal pandemiyanın mənbəyinin müəyyənləşdirilməsini mümkün olan hər yolla ləngitməyə çalışmaqda ittiham edib.

Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR