İnsanlara hürriyət, millətlərə istiqlal!

COP29-da canlanmış atmosfer hökm sürür - Ekoloji hüquqların müdafiəçisi

COP29-da canlanmış atmosfer hökm sürür.

Musavat.com xəbər verir ki, bunu Trend-ə COP29 çərçivəsində ekoloji hüquqların müdafiəçisi Enkhun Byambadorj bildirib.

"Bu gün COP29-un ilk günüdür. Mən COP29-a böyük ümidlər bəsləyirəm. Bu gün tərəflər gündəlik məsələsini təsdiqləməyə çalışırlar", - o qeyd edib.

E.Byambadorj bildirib ki, gündəlik məsələsinin təsdiqi çox önəmlidir, çünki bu, növbəti iki həftənin prioritetlərini müəyyən edir.

"Hamıya məlumdur ki, biz Yeni Kollektiv Kəmiyyət Hədəfini müzakirə edirik, bu hədəf əsasən inkişaf etməkdə olan ölkələrə iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparmaq və həmçinin, onların təsirlərini yüngülləşdirmək üçün veriləcək iqlim maliyyəsinin həcmini nəzərdə tutur", - o vurğulayıb.

Qeyd edək ki, bu gün BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı baş tutub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR