İnsanlara hürriyət, millətlərə istiqlal!

Consondan SƏRT QINAQ: "Belə olsaydı, Putin indi etdiklərini etməzdi"

"NATO Kiyev qarşısında özünü günahkar hesab edir. Çünki Ukraynada münaqişənin başlamasına imkan verib".

Publika.az xəbər verir ki, bunu Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson (2019-2022) BBC-yə müsahibəsində deyib.

"NATO-da dərin institusional günahkarlıq hissi var. Əgər alyans vəd etdiyinə əməl etsəydi və ukraynalılar faktiki olaraq tamhüquqlu üzvlük yolu ilə getsəydilər, çox güman ki, Putin indi etdiklərini etməzdi", - deyə keçmiş baş nazir bildirib.

Consonun sözlərinə görə, NATO həmişə eyni anda iki stulda oturmağa çalışıb.

"Ancaq bu mövqe ölümcül oldu", - ingilis siyasi xadim vurğulayıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR