İnsanlara hürriyət, millətlərə istiqlal!

Con Bolton: "NATO göründüyündən daha çox parçalanmış haldadır"

ABŞ prezidentinin keçmiş milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Almaniyanı Ukraynadakı müharibə zamanı "inanılmaz məyusedici" performansına görə tənqid edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə o, CNN-in This Morning proqramında danışıb.

"Düşünürəm ki, Almaniyanın bu müharibə boyu göstərdiyi performans inanılmaz dərəcədə məyusedici oldu",- Bolton deyib.

Polşa Kiyevə Almaniya istehsalı olan “Leopard” tanklarının tədarükündə israrlıdır, lakin Berlindən silah istehsalçısı kimi təkrar ixrac üçün razılıq almalıdır.

Almaniyanın yaşıl işıq yandırmaqda tərəddüd etməsi Almaniyanın müdafiə siyasətində “fundamental dəyişikliklərə” ehtiyac olduğunu göstərir.

"Bu, onu göstərir ki, NATO göründüyündən daha çox parçalanmış haldadır"- deyə Bolton bildirib.

Keçmiş müşavirin fikrincə, Rusiya prezidenti Vladimir Putin, çox güman ki, Almaniyanı "NATO-da zəif bənd" olaraq görür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Oktyabr 2024

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR